Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycanda saxlanılan ermənilərin qaytarılacağı vaxt açıqlanıb
Azərbaycanda saxlanılan ermənilərin qaytarılacağı vaxt açıqlanıb8-12-2023, 13:57. |
Azərbaycanda saxlanılan ermənilər bir neçə günə, hətta yaxın saatlarda ölkəyə qaytarılacaq. Civilazerbaijan.com bildirir ki, bu barədə ölkə parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarqis Xandanyana istinadla Ermənistan mediası məlumat verib. Komissiya sədri həmçinin əlavə edib ki, saxlanılanların mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş verə bilər. Qeyd edək ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir. Azərbaycanın azad edəcəyi 32 erməninin adları da məlumdur.. Həmin siyahını təqdim edirik: I. 13-14 dekabr 2020-ci il tarixlərində Hadrut istiqamətində həyata keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər: (26 nəfər) 1. Avakyan Hraç Arzumanoviç 2. Serobyan Geqam Samveloviç 3. Hovanesyan Haykaz Koryunoviç 4. Tosunyan Levon Aşotoviç 5. Baqdasaryan Artur Eduardoviç 6. Stepanyan David Stepanoviç 7. Herabyan Hrayr Hraçoviç 8. Mikaelyan Andranik Vazgenoviç 9. Avakyan Serop Surenoviç 10. Kostanyan Narek Aqaoviç 11. Harutyunyan Varazdat Seryojeviç 12. Martoyan Manuk Hovanesoviç 13. Vardanyan Arsen Araikoviç 14. Dilanyan Arman Vazgenoviç 15. Tadevosyan Hrayr Vardanoviç 16. Bahrikyan Vahagan Edikoviç 17. Aramyan Karen Armenoviç 18. Sukiasyan Andranik Srapoviç 19. Martirosyan Gevorg Samveloviç 20. Kirakosyan Eduard Armeni 21. Gevorkyan Robert Hovikoviç 22. Yegiazaryan Sasun Seyranoviç 23. Hakopyan Volodya Qaqikoviç 24. Avakyan Tiqran Manikoviç 25. Saqatelyan Qriqor Seyranoviç 26. Avetisyan Vaqarşak Aşotoviç II. Müxtəlif vaxtlarda Azərbaycan Ermənistan sərhədi, habelə Laçın sərhəd buraxılış məntəqəsində tutulmuş şəxslər: (6 nəfər) 1. Rafaelyan Vladimir Otari 2. Sarqsyan İşxan Aşoti 3. Ovagimyan Arutyun Yurikoviç 4. Kazaryan Karen Aşotoviç 5. Voskanyan Qagik Aşoti 6. Eulcekcian Viken Abraham Cəmi: 32 nəfər Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Geri qayıt |