Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Bakı sülh müqaviləsinə dair təkliflərin növbəti variantını Yerevana göndərib

Bakı sülh müqaviləsinə dair təkliflərin növbəti variantını Yerevana göndərib


25-12-2023, 15:04.
title}


Azərbaycanda Ermənistan rəhbərliyinin fikirlərini diqqətlə izləyirlər və müsbət mesajlar alırlar. Ancaq bəyanatlardan başqa praktik addımlar da vacibdir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV Dövlət Televiziyasına müsahibəsində söyləyib.

"Noyabrın sonunda Ermənistandan sülh müqaviləsinə dai növbəti təkliflər paketini aldıq. Bizim hazırladığımız təkliflər bir ay ərzində erməni tərəfinə göndərildi. Bu proses davam edir", - Bayramov deyib. O qeyd edib ki, gələn il erməni tərəfilə görüşlərin keçiriləcəyini gözləyir.

"Biz prosesə real baxırıq və başa düşməliyik ki, sülh müqaviləsi bütün məsələlərin 100 faiz həlli deyil. Sülh müqaviləsi gələcək müzakirələrin təməli, Azərbaycan və Ermənistan arasında normal qonşuluq münasibətlərinin formalaşması üçün şərtdir", – o vurğulayıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətnilə bağlı təkliflər mübadiləsi bir ildən çoxdur ki, davam edir. İndiyə qədər tərəflər 6 dəfə təklif mübadiləsi ediblər, Turanın məlumatında qeyd olunur.
Geri qayıt