Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Hafiz Babalı hökumətyönlü KİV-lərdən onu nüfuzdan salan məlumatları təkzib etməyi tələb edir
Hafiz Babalı hökumətyönlü KİV-lərdən onu nüfuzdan salan məlumatları təkzib etməyi tələb edir9-01-2024, 14:36. |
Həbsdə saxlanılan araşdırmaçı jurnalist Hafiz Babalı onun barəsində tamamilə yalan və böhtan xarakterli, həqiqətlə heç bir əlaqəsi olmayan və onun araşdırmaçı jurnalist kimi işgüzar nüfuzuna xəlil gətirməyi və ictimaiyyət qarşısında onu gözdən salmağı hədəfləyən media materiallarını qətiyyətlə təkzib edir. Civilazerbaijan.com bildirir ki, belə ki, bir müddət öncə qafqazainfo.az, ikisahil.az, ATV telekanalı və digər KİV-lərdə Hafiz Babalı barəsində qara piar xarakterli materiallar yayımlanıb. Xüsusən, “Abzas Media”nın əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanılmış və dekabrın 24-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurduğunun, onların tapşırığına dair araşdırmalar apardığının və məqalələr hazırladığının məlum olduğu qeyd edilib. Bir neçə Avropa və Amerika təşkilatının adları çəkilib. Hafiz Babalının qeyd olunan materiallarda adları çəkilən təşkilatlarla hər hansı birbaşa və ya dolayı əlaqəsi yoxdur və olmayıb. O, nə həmin, nə də digər beynəlxaq yaxud yerli təşkilatlardan, həmçinin fərdlərdən sifariş almayıb, heç bir sifarişli araşdırmalar apararaq yazılar yazmayıb. Müəllifi olduğu heç bir araşdırma materialı üzrə indiyə qədər məhkəməyə verilməyib, hər hansı məlumatın təkzib edilməsi ondan tələb olunmayıb. Turanın məlumatında qeyd olunur ki, Hafiz Babalı 7 iş günü ərzində həmin materialların yığışdırılmasını və eyni həcmdə, eyni saatda və eyni şəraitdə təkzib verilməsini tələb edir. Əks halda həmin redaksiyalara qarşı hüquqi tədbirlərin görülməsi üçün müvafiq addımlar atacaq. Geri qayıt |