Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Jurnalist Səbuhi Məmmədli vəfat edib
Jurnalist Səbuhi Məmmədli vəfat edib17-01-2024, 14:24. |
Tanınmış jurnalist Səbuhi Məmmədli müalicə aldığı Yeni Klinikada vəfat edib. Civilazerbaijan.com bildirir ki, bu barədə məlumatı onun oğlu Ramal Məmmədli təsdiqləyib. Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Jurnalist şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya xəstəliklərindən əziyyət çəkirdi. Onun hər iki ayağı amputasiya edilmişdi. Səbuhi Məmmədli Ucar rayonu, Müsüslü kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist "525-ci qəzet”, "Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur "Lent.az" saytında çalışıb. 2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb. Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi. Geri qayıt |