Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdıra bilər
Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdıra bilər22-01-2024, 17:11. |
Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə deputatlar "təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər. Civilazerbaijan.com bildirir ki, bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib. O, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini göstərib. O 2023-cü ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyası məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də vurğulayıb. Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq. Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra Avropa Şurası Parlament Assambleyası bu məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək. Turanın məlumatında qeyd olunur ki, eyni zamanda, Azərbaycan nümayəndə heyəti bu məsələ üzrə səsvermədə iştirak edə bilməz. Geri qayıt |