Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Almaniyanın iki keçmiş deputatı Azərbaycandan rüşvət almaqda ittiham olunur - FOTO

Almaniyanın iki keçmiş deputatı Azərbaycandan rüşvət almaqda ittiham olunur - FOTO


29-01-2024, 19:05.
title}


Almaniyanın Münhen Prokurorluğu keçmiş deputatlar – Aksel Fişerə və Eduard Lintnerə qarşı ittiham irəli sürüb. Onların Azərbaycan hökumətindən rüşvət aldıqları bildirilir. Söhbət milyonlarla dollardan gedir.

Civilazerbaijan.com
bildirir ki, xəbəri “Spiegel” yayıb.

Sayt rəsmi orqanlara istinadən yazır ki, Münhen Prokurorluğunda məmurların rüşvətxorluq və korrupsiyada şübhəli bilinməsi ilə bağlı ittiham irəli sürülüb.

Bildirilir ki, Fişer və Lintnerə qarşı iş Almaniya Xristian Demokrat İttifaqının (CDU) üzvü Karin Strenzlə də bağlıdır. Lakin Strenz 2021-ci ildə tətildən qayıdarkən gözlənilmədən vəfat edib.

Adıçəkilən şəxslərin Azərbaycandan külli miqdarda pul qəbul etdiyi bildirilir.

Dövlət ittihamçısı Lintneri Azərbaycandan pul almaqda və onu parlament üzvlərinə, o cümlədən Strenzə ötürməkdə ittiham edir.

Xəbərdə deyilir ki, pul müqabilində deputatlar Azərbaycanın maraqlarına uyğun qərarlar verməli imişlər. Bu, Avropa Şurası Parlament Assambleyasında səsvermənin nəticələrinə xüsusi təsir etməli idi.


Aksel Fişer və Eduard Lintner. Foto: “X-Twitter”

Azərbaycan həm də Avropa Şurasının üzvüdür və ona görə də indiyə qədər bəzi qərarlardan yararlana bilib.

Prokurorluğun məlumatına görə, Strenz pul müqabilində “Azərbaycanın tələblərinə uyğun hərəkət edəcəyini” vəd edib.

İttiham ondan ibarətdir ki, Fişer də pul müqabilində Bakının maraqlarından çıxış edib. Bildirilir ki, o, Karin Strenz üçün 150.000 avro rüşvət alıb. Bundan sonra Fişer Azərbaycanın müdafiəsinə qalxıb.

“Hər halda, bir dəfə AŞPA iclasında Azərbaycanın lehinə səs verdi”, – deyə xəbərdə vurğulanır.

Bunun üçün isə deputatın 2016-cı ildə Bakıdan 21 800 avro rüşvət aldığı qeyd olunur. Onun əvvəllər də Azərbaycandan rüşvət aldığı deyilir.

İttifaqdan olan digər siyasətçilərin də Azərbaycana qeyri-adi yaxınlığı ilə diqqət çəkdiyi bildirilir. Lakin onlara qarşı hələ ki heç bir ittiham irəli sürülməyib.

Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) deputatı, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qətnamənin müəllifi Frank Şvabe də məsələyə “X” səhifəsində münasibət bildirib:

“Karin Strenz üçün 149 min avro? Ən azından ittiham tərəfi belə deyir. Hətta mən belə yüksəklikdə məbləğ gözləmirdim”.

O, “X” səhifəsində Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevi də taq edib və ona sual ünvanlayıb:

“Bu pulların ödənildiyini istisna edə bilərsinizmi, cənab Nəsimi Ağayev?”

Meydan TV-nin məlumatında qeyd olunur ki, hələ 2012-ci ildə məlum olmuşdu ki, Azərbaycan ölkədə pozulan insan haqlarının vəziyyəti ilə bağlı tənqidi zəiflətmək üçün başqa ölkələrin parlament üzvlərinə təsir göstərir.
Geri qayıt