Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçisi Azərbaycana buraxılmayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçisi Azərbaycana buraxılmayıb


5-02-2024, 15:16.
title}


Fevralın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Nik Guggerin Azərbaycana girişinə icazə verilməyib. Onu Bakı aeroportunda geri göndəriblər.

Civilazerbaijan.com
bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, polis onun pasportunu əlindən alıb, 3 saat hava limanında saxlayıb, sonra İstanbula uçan təyyarə ilə Azərbaycandan deportasiya edib.

Azərbaycan KİV-in məlumatına görə, əvvəllər Gugger Bakını “Dağlıq Qarabağa təcavüzə” görə tənqid edib.

İsveçrənin Azərbaycandakı səfirliyindən hələlik şərh almaq mümkün olmayıb.

Bu, ATƏT müşahidəçisinin Bakıdan deportasiya edilməsilə bağlı ilk hadisədir, Turanın məlumatında qeyd olunur.
Geri qayıt