Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > İcra başçısının qardaşı Oğuzun təbiətini məhv edir, kimsə səsini çıxarmır
İcra başçısının qardaşı Oğuzun təbiətini məhv edir, kimsə səsini çıxarmır14-02-2024, 14:39. |
Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun qardaşı Mahir Qurbanov təbiəti məhv edir. Bu barədə "Qlobal.az"a verilən məlumatda deyilir. Məlumata görə, Mahir Qurbanov Daşağıl çayında işlətdiyi qum-çınqıl karxanası çayın yatağını məhv edib. İcra başçısı olan qardaşına arxalanan Mahir Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə etdiyi xəbərdarlıqlara əhəmiyyət vermir. Lisenziyasız fəaliyyət göstərən karxananın vergidən yayındığı da bildirilir. Eyvaz Qurbanov 2011-ci ildən Oğuz rayon icra hakimiyyətinin başçısıdır. O, 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub. Qlobal.az məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətindən mövqe öyrənəməyə çalışsa da, qarşı tərəf zənglərə cavab verməyib. Geri qayıt |