Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Bloger Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb
Bloger Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb21-02-2024, 14:20. |
Fitnes məşqçisi və bloger Kamil Zeynallı Ermənistan hakimiyyətinin sorğusu əsasında Moskvada saxlanılıb. Civilazerbaijan.com bildirir ki, bu barədə o, ötən gecə öz İnstagram hesabında məlumat verib. Zeynallının sözlərinə görə, Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılıb. Polis onu aeroport şöbəsinə aparıb. "Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib və çərşənbə günü Rusiya məhkəməsi qarşısına çıxacağam". Zeynallının sözlərinə görə, ötən ilin mayından axtarışdadır. "O vaxtdan üçüncü dəfədir ki Rusiyadayam, ancaq indi saxladılar. Dedilər ki, ya məni Ermənistana verəcəklər, ya da onlar özləri mənə görə gələcəklər. Bizim dövlət strukturlarının dəstəyinə ümid edirəm", - Zeynallı deyib. Azərbaycan Xarici İşlər Nazirliyi Zeynallının saxlanılmasından xəbərdardır. Turan-ın “Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıbmı?” sualına nazirliyin mətbuat xidməti belə cavab verib: "Məsələ bizim səfirliyin nəzarəti altındadır. Vətəndaşa lazımi köməklik göstərilir. Hələlik əlavə məlumat yoxdur". Moskvada Azərbaycan diasporundakı mənbələrdən məlum olub ki, gecə saatlarında konsulluq əməkdaşı və vəkil Zeynallıya baş çəkiblər. Kamil Zeynallı hökumətyönlü bloger kimi tanınır. Saxlanılmasının səbəblərinə gəlincə, erməni tərəfi onu 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı Rusiyada etnik ermənilərə hücumun təşkilində ittiham edir. Qeyd edək ki, Ermənistan DİN Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib. "Moskvada saxlanılan Azərbaycan vətəndaşı Kamil Zeynallı qətl törətdiyinə görə beynəlxalq axtarışa verilib". Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan tərəfi onu qətldə ittiham etsə də, söhbətin hansı hadisədən getdiyini açıqlamayıb. Geri qayıt |