Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Əvəz Zeynallıya hökm oxunub

Əvəz Zeynallıya hökm oxunub


26-02-2024, 15:45.
title}


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Civilazerbaijan.com
bildirir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər.

Məhkəmə müşavirədən qayıdandan sonra hökm elan edilib.

Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin külli miqdarda rüşvət alma maddəsilə həbs edilib. Daha sonra onun barəsində cinayət işinə yeni maddələr əlavə olunub. Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir.

Elnur Şükürov isə 2022-ci ilin sentyabrında həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham olunurdu.
Geri qayıt