Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Laçınla sərhəddə ermənilər tərəfindən saxlanılan Azərbaycan əsgərinə cinayət işi açılıb

Laçınla sərhəddə ermənilər tərəfindən saxlanılan Azərbaycan əsgərinə cinayət işi açılıb


28-02-2024, 14:24.
title}


Ermənistanda Azərbaycanın hərbi qulluqçusu saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İddiaya görə, fevralın 28-i saat 05:15 radələrində Sünik rayonunun Tex icmasının sərhəddində AKM avtomatı ilə silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttini keçib.

Hərbi qulluqçunun Ermənistan Müdafiə Nazirliyinin əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

Qeyd olunub ki, hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Geri qayıt