Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Ermənistan əsgər Ruslan Pənahovu geri qaytarır
Ermənistan əsgər Ruslan Pənahovu geri qaytarır5-03-2024, 00:40. |
Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib. Civilazerbaijan.com bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Pənahov “Azərbaycan mövqelərində hərbi qulluqçular arasında baş vermiş insidentdən sonra, qaçaraq azıb” və bu səbəbdən Ermənistan ərazisinə keçib. Öz növbəsində, Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, İrəvan “xoş məram əlaməti” olaraq və iki ölkə arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmalara əsaasən, əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Pənahov əlverişsiz hava şəraitində azaraq itmişdir, Turanın məlumatında qeyd olunur. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bundan sonra məlub olub ki, əsgər səhvən Ermənistan ərazisinə keçib və həbs edilib. Daha sonra Ermənistan İstintaq Komitəsi hərbçi Ruslan Pənahov haqqında təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb. Geri qayıt |