Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycanlı mühacirlər Berlində “Jurnalist terroruna son!” aksiyası keçirib

Azərbaycanlı mühacirlər Berlində “Jurnalist terroruna son!” aksiyası keçirib


27-03-2024, 14:46.
title}


Avropada olan bir qrup siyasi mühacir Almaniyanın Berlin şəhərində “Jurnalist terroruna son!” adlı daha bir etiraz aksiyasi keçirib. DAS ( Demorkatik Azərbaycan Seç) Təşkilatının təşkilatçılığı ilə martın 26-da baş tutan aksiyada Azərbaycanda həbs olunan jurnalistlərə diqqət çəkilib.

Civilazerbaijan.com
Meydan TV-yə istinadla bildirir ki,ksiya Almaniyanin Xarici İşlər Nazirliyinin qarşısında və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə baş tutub.

DAS üzvü Elibəyi Dadaşov çıxışı zamanı deyib ki, Azərbaycanda mövcud korrupsioner, avtoritar və ailə rejimi siyasi fəallara və ictimai aktiv insanlara qarşı repressiyalar həyata keçirir:

“Artıq ciddi beynəlxalq qurumlar – Avropa Birliyi, Avropa Şurası, “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, “Freedom House” öz hesabat və bəyanatlarında bunu bildirir. Ölkədə 250 dən çox siyasi məhbus var”.

Aksiyanın digər təşkilatçısı Əli Məmmədov isə bildirib ki, ölkədə ümumiyyətlə tənqidi fikir deyən hər kəs repressiyanın qurbanı olur:

“Rejim jurnalistlərə qarşı kütləvi şəkildə “terror” əməliyyatı həyata keçirir. “AbzasMedia” saytının rəhbərləri Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və Hafiz Babalı həbs olunub, onların barəsində qaçaqmalçılıq ittihamı ilə cinayət işi başlanıb. “Kanal 13” İnternet Televiziyanın rəhbəri Əziz Orucov saxlanılıb və ona qarşı “qeyri-qanuni daşınmaz əmlak üzərində ev tikmə” adı altında cinayət işi açılıb, həbs edilib və sonra cinayət işinin motivləri dəyişdirilib. “Kanal 13”-ün daha bir əməkdaşı həbs edilib. Jurnalist Şamo Eminov barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Bunlar dediklərimizə sübutdur. Ölkədə siyasi sifarişli həbslər o qədər sürətli həyata keçirilir ki, saydıqca siyahı bitmir”.

DAS təşkilatının üzvü Ramil Mürsəliyev “Toplum TV”-nin ofisinə edilən polis basqınına diqqət çəkib. Deyib ki, martın 6-da “Toplum TV”-nin ofisində axtarış aparıldıqdan sonra Azərbaycanda media hüququ üzrə ekspert Ələsgər Məmmədli, o cümlədən Akif Qurbanov, Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabbar və Ruslan İzzətli həbs edilib, onların da barəsində saxta cinayət işi açılıb:

“Açılmış cinayət işi onu göstərir ki, ölkədə qəddar, amansiz bir hakimiyyət mövcuddur. Həbs edilən “Demokratiya və Rifah” Partiyasının sədri Qubad İbadoğlunun səhhətinin ağır olmasına baxmayraq, ona qarşı mənəvi və psixoloji işgəncələrin göstərilməsi rejimin xalqa düşmən kəsilməsinin sübutudur. Bütün bu deyilənlərlə yanaşı, ötən il ərzində “İran agenti” adıyla təqribi hesabla 500-dən artıq şəxs həbs edilib”.

Aksiyada çıxış edən Elvin Şixaliyev, Vüsal Hüseynov və digərləri də eyni mövzuda danışıblar.

Aksiya iştirakçıları öz tələblərini səsləndirdikdən sonra müraciətlərini Almaniyanin Xarici İşlər Nazirliyinə təqdim ediblər.

Aksiyaçıların tələbləri bunlardır:

Azərbaycanda jurnalistlərə və siyasi aktivistlərə qarşı həyata keçirilən repressiyalar durdurulsun;
Saxlanılan bütün jurnalistlər sərbəst buraxılsın;
Siyasi sifarişli həbslər zamanı işgəncə tətbiq edən polis və istintaq əməkdaşları müəyyənləşdirilərək istintaqa cəlb edilsin;
Bütün növ siyasi təqiblərə son qoyulsun;
Müraciətdə qeyd olunan məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına yardım edilsin;
Siyasi məhbusların azad edilməsi üçün Azərbaycan hakimiyyətilə ciddi şəkildə danışıqlar aparılsın;
Ölkədə demokratik prinsiplərin bərqərar olunması üçün Azərbaycan siyasi hakimiyyətinə təzyiqlər edilsin.

Geri qayıt