Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Avropa Parlamenti Avropa Komissiyasını Bakı ilə enerji tərəfdaşlığını dayandırmağa, azərbaycanlı məmurlara sanksiyalar tətbiq etməyə çağırıb
Avropa Parlamenti Avropa Komissiyasını Bakı ilə enerji tərəfdaşlığını dayandırmağa, azərbaycanlı məmurlara sanksiyalar tətbiq etməyə çağırıb25-04-2024, 18:41. |
Aprelin 25-də Avropa Parlamenti vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnaməni 474 "lehinə", 4 "əleyhinə" və 51 “bitərəf” səslə qəbul edib. Civilazerbaijan.com bildirir ki, Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar. "Onlar hakimiyyəti siyasətçi, iqtisadçı və müxalifətçi xadim Qubad İbadoğlunun üzərindən bütün ittihamları götürməyə, səfər qadağasını ləğv etməyə, həmçinin aprelin 22-də ev dustaqlığına buraxıldıqdan sonra ona sərbəst tibbi yardım göstərməyə çağırırlar". "Azərbaycanda insan hüquqlarının pozulmasının davam etməsi COP 29-u qəbul edən ölkə ilə bir araya sığmır ", - qətnamədə deyilir. Avropa Parlamentinin deputatları Avropa Komissiyasını "energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması" məsələsinə baxmağa çağırıblar. Avropa Parlamentinin üzvləri israr edirlər ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilsin. Həmçinin deputatlar "insan hüquqlarını ciddi şəkildə pozan azərbaycanlı məmurlara qarşı Avropa İttifaqının sanksiyalarının tətbiq edilməsi" barədə çağırışlarını təkrarlayıblar, Turanın məlumatında qeyd olunur. Geri qayıt |