Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb26-04-2024, 13:48. |
Foto açıq mənbələrdən götürülüb Aprelin 26-da Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Civilazerbaijan.com bildirir ki, Turan-ın məlumatına görə, bağlanış mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri iştirak ediblər. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanması Rusiya sülhməramlılarının Qarabağdan çıxması fonunda baş verib. Rusiya sülhməramlılarının Azərbaycandan çıxması aprelin 17-dən başlayıb. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da Ağdam şəhərində Türkiyə ilə Rusiya arasında imzalanan Memoranduma əsasən yaradılıb. Memorandumda göstərilib ki, mərkəz Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə yaradılıb. Mərkəzdə hər iki tərəfdən 60 hərbçi olmaqla, ümumilikdə 120 nəfərin xidmət etdiyini bildirilirdi. Geri qayıt |