Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Anar Məmmədli və İmran Əliiyevin cinayət işi Abzas Mediaın işindən ayrılıb?
Anar Məmmədli və İmran Əliiyevin cinayət işi Abzas Mediaın işindən ayrılıb?10-05-2024, 13:05. |
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və "Meclis.info" saytının rəhbəri İmran Əliyevin cinayət işi "Abzas Media" əməkdaşlarına qarşı qaldırılan cinayət işindən ayrılaraq istintaqı ayrıca icraatda aparılır. Civilazerbaijan.com bildirir ki, bu barədə istintaq orqanın artıq qərarı var. Bu barədə vəkillər Emar Süleymanov və Elçin Sadıqov Turan-a bildiriblər. Sadıqov deyib ki, hər iki fəala qarşı qaçaqmalçılıq ittihamı ilə istintaq aparılır. Vəkil həmçinin bu iş üzrə yeni həbslərin olacağını da ehtimal edir. Bununla yanaşı, istintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsi bu barədə hələ açıqlama verməyib. Xatırladaq ki, aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qəti qətimkan tədbiri seçilib. Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham olunur və barəsində həbs qətimkan tədbiri seçilib. Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli, İmrsan Əliyev və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb. Xatırladaq ki, son bir neçə ayda Abzas Media və Toplum TV internet resurslarının, həmçinin Anar Məmmədli və İmran Əliyevin cinayət işləri üzrə 17 nəfər barəsində qətimkan tədbiri seçilib. Onlardan 15 nəfəri həbsdədir. Geri qayıt |