Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > ADR Partiyası fəaliyyətini dayandırıb

ADR Partiyası fəaliyyətini dayandırıb


16-05-2024, 12:44.
title}


Mayın 14-də Azərbaycan Demokratiya və Rifah Partiyasının İdarə Heyətinin toplantısı keçirilib. İdarə Heyəti “Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir:

“Bununla əlaqədar partiyanın sədri Qubad İbadoğlu hələ 2023-cü ilin 12 yanvarında mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı. Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə partiyanın fəaliyyətini dayandırmağa qərar verib”.

Qalib Toğrulun sözlərinə görə, Qubad İbadoğlu 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.

Demokratiya və Rifah Hərəkatının 2015-ci ilin fevralında təsis konfransı keçirilib.

2021-ci ilin oktyabrında isə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilib.
Geri qayıt