Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > İşçi masası alternativ Həmkarlar İttifaqının rəhbəri Afiyəddin Məmmədovun MƏHKƏMƏSİ
İşçi masası alternativ Həmkarlar İttifaqının rəhbəri Afiyəddin Məmmədovun MƏHKƏMƏSİ5-06-2024, 13:03. |
İyunun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmkarlar ittifaqı fəalı Afiyəddin Məmmədovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Civilazerbaijan.com bildirir ki, prosesdə zərərçəkmiş Səfər Hüseynovun ifadəsi dinlənilib. O bildirib ki, hadisə günü telefona baxa-baxa küçə ilə gedirdi və Məmmədovla toqquşub. Sözlü davadan sonra Məmmədov ona bıçaq xəsarəti yetirib. Bundan sonra hakim onun Məmmədovla barışmaq və şikayəti geri çəkmək niyyətində olub-olmadığını soruşub, Hüseynov buna mənfi cavab verib. Öz növbəsində, həmkarlar ittifaqı fəalı Hüseynov yalan danışmaqda ittiham edib. Əslində Hüseynov istintaq materialında deyilən yerdə deyil, fəalın evinin önündə ona hücum edib. Məmmədov qeyd edib ki, əslində o xəsarət alıb, belə ki, Hüseynov onun üzünə vurub və burnunu qırıb. Bundan başqa, Məmmədov yıxılıb və beli zədələnib. Aldığı xəsarətlərə baxmayaraq, Məmmədova tibbi yardım göstərilməyib. Bu iş üzrə növbəti iclas iyulun 30-na təyin edilib. Qeyd edək ki, "İşçi masası" alternativ həmkarlar ittifaqı konfederasiyasının rəhbəri Afiyəddin Məmmədov sentyabrın 20-də öz evinin qarşısında naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra saxlanılıb. Məmmədov ona hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə (CM-in 221-3 - xuliqanlıq, silahdan istifadə ilə törədildikdə və 126.1-ci - qəsdən sağlamlığa ağır zərər vurma maddələri) ittiham olunub. Sonradan 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz silah dövriyyəsi) maddələrlə daha ağır ittihamlar irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir. Hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar, Turanın məlumatında qeyd olunur. Geri qayıt |