Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Dövlət Sərhəd Xidməti: İki hərbi qulluqçunu ildırım vurub - FOTO

Dövlət Sərhəd Xidməti: İki hərbi qulluqçunu ildırım vurub - FOTO


9-06-2024, 13:52.
title}


Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu həyatını itirib.

Civilazerbaijan.com
bildirir ki, DSX-nin məlumatına görə, iyunun 9-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

"İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!", – məlumatda qeyd olunub.

Fotoda: mayor Baxışlı Baxış


Fotoda: əsgər Nağıyev Əli


Geri qayıt