Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Nərgiz Absalamovanın həbs müddəti uzadılıb

Nərgiz Absalamovanın həbs müddəti uzadılıb


11-06-2024, 15:50.
title}


İyunun 11-də "AbzasMedia işi" üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə vəkil Şəhla Hümbətova məlumat verib. Vəkilin sözlərinə görə, Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib və həbs-qətimkan tədbiri sentyabrın 20-nə kimi uzadılıb.

N.Absalamova ötən il noyabrın 30-da həbs olunub. Dekabrın 1-də barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu il fevralın sonunda Absalamovanın həbs müddəti 3 ay, mayın 25-də isə daha 22 gün artırılmışdı.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist özünü təqsirli bilmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Bundan əvvəl "AbzasMedia işi" üzrə həbs edilmiş jurnalistlərdən Elnarə Qasımova və Hafiz Babalının da həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə qərar iyunun 10-da Xətai rayon Məhkəməsində qəbul olunub.

Məhkəmə bununla bağlı istintaq orqanın təqdimatıni təmin edib. Məhkəmə qərarı ilə E.Qasımovanın həbs müddəti iki ay, H.Babalının isə bir ay uzadılıb.

Hafiz Babali 2023-cü ilin dekabrın 14-də məhkəməyə qədər ilkin dövr üçün 3 aylıq həbs edilmişdi. Martın 7-də həbs qətimkan tədbiri iyunun 13-ə qədər uzadılmışdı. Bununla da onun həbs müddəti daha 1 ay uzadılıb

Elnarə Qasımova barəsində isə bu il yanvarın 15-də 2 ay 17 günlük həbs qəti imkan tədbiri seçilmişdi. Martın 7-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri də 3 ay uzadılmışdı.

Qeyd edək ki, ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onların əvvəlcə çoxu "AbzasMedia işi" ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onların bundan əvvəl də həbs müddətləri artırılıb.

Həmin şəxslər qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Geri qayıt