Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Bakıda üç polis, iki mülki şəxs qətlə yetirilib

Bakıda üç polis, iki mülki şəxs qətlə yetirilib


24-06-2024, 15:02.
title}


Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində üçü polis, ikisi yerli sakin olmaqla, 5 nəfər öldürülüb. Hadisə iyunun 24-nə keçən gecə baş verib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayıb. Məlumatda deyilir ki, bütün bunlar ölənlərdən biri – 38 yaşlı Rövşən Allahverdiyev saxlanılarkən yaşanıb.

İddia olunur ki, Rövşən Allahverdiyev axtarışda olub. Polislər yerini müəyyənləşdirib, onun saxlanması üçün əməliyyat keçirərkən silahlı müqavimət göstərib.

“O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib. Yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib”, – hüquq-mühafizə orqanlarının yaydığı məlumatda belə deyilir.

Rövşən Allahverdiyevin yaxınlarının bu məlumata münasibəti məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Geri qayıt