Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Video / Manşet / Üst manşet > Azərbaycanlı jurnalistlərin həbsləri BMT-də "paralel tədbirdə" müzakirə olunub - VIDEO

Azərbaycanlı jurnalistlərin həbsləri BMT-də "paralel tədbirdə" müzakirə olunub - VIDEO


28-06-2024, 12:45.
title}


İyunun 26-da Birləşmiş Millətlərin Cenevrədəki ofisində BMT-nin İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində COP29 ərəfəsində Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması və jurnalistlərin təqibləri müzakirə olunub.

Civilazerbaijan.com
bildirir ki, dinləmələr Avropada yerləşən Azərbaycan QHT-ləri - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və İnsan Hüquqları İnstitutu tərəfindən təşkil olunub.

""Paralel tədbirdə" son vaxtlar Azərbaycanda jurnalistlərin kütləvi həbslərinin ölkədə ifadə və fikir azadlığı üçün daha geniş nəticələrinə nəzər salınıb. Eyni zamanda, bu hərəkətlərin fərqli düşüncənin boğulmasına və informasiyaya nəzarətə yönəlmiş sistemli səylərin tərkib hissəsi olduğu deyilib. Biz bu məsələni COP29-la əlaqələndirdik, repressiyaların vətəndaş fəallığına, o cümlədən yerli və beynəlxalq fəalların iqlim dəyişikliklərinə qarşı mübarizəyə yönəlmiş vacib addımları dəstəkləmək imkanına maneə təsirini araşdırdıq", deyə RATİ-nin direktoru Emin Hüseynov bildirib.

RATİ-nin məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında 30-dan çox jurnalist var və bu göstəriciyə görə ölkə Türkiyəni də geridə qoyaraq, Avropa Şurası ölkələri arasında "liderdir".

Onun sözlərinə görə, tədbirə jurnalistləri həbsdə olan Azərbaycan mətbuatının nümayəndələri də dəvət olunub. Toplum TV-ni hüquqşünas Səməd Rəhimli, Kanal13-ü isə Anar Orucov təmsil edib.

Onlar həmkarlarının saxta ittihamlarla təqib olunmasından danışıblar.

RATİ nümayəndəsi Karina Pavlova qeyd edib ki, Azərbaycanda 300 siyasi məhbus var, onlardan 30-u jurnalistdir. O, həbsdə olan fəal Famil Xəlilovun və jurnalist Hafiz Babalının - tibbi yardım olmadığına görə həbsdə əziyyət çəkən məhdud imkanlı şəxslərin işlərinə diqqət cəlb edib.

İHİ-dən Diana Nazarets hüquq müdafiəçisi Anar Məmmədlinin həbsinə diqqət çəkib.

O, COP29-u qəbul edəcək ölkə kimi Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etmək öhdəliyini xatırladıb.

"İnsan hüquqları olmadan iqlim ədalətliliyi olmur", deyə o bildirib.

Hüseynovun sözlərinə görə, dinləmələrdə 40-dan çox dövlətin BMT-nin Cenevrə ofisindəki nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.


Geri qayıt