Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Ceyms O'Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə ÇAĞIRIB

Ceyms O'Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə ÇAĞIRIB


29-06-2024, 12:42.
title}


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə çağırıb.

Civilazerbaijan.com
bildirir ki, o, Bakıya səfəri zamanı vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.

"Bakıda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdük və Azərbaycan hökumətinə insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etmək çağırışını təkrar etdik", deyə O'Brayen X sosial şəbəkəsində yazıb.

O, həmçinin istintaq altında olan müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlu ilə görüşüb.

"Doktor Qubad İbadoğlu ilə görüşüb fəal vətəndaş cəmiyyətinin vacibliyini müzakirə etməkdən şərəf duyuram. Biz onun tamamilə və ən qısa zamanda azad olunmasına çağırış etməyə davam edirik", deyə O'Brayen qeyd edib.

İyunun 28-də keçirilən brifinqdə O'Brayen Azərbaycanda müstəqil mətbuata təzyiqlə bağlı da şərh verib.

"ABŞ ifadə azadlığının və müstəqil jurnalistikanın vətəndaş cəmiyyətinin əsas tərkib hissələri olduğuna inanır. Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik və buna davam edirik", deyə O'Brayen bildirib. Onun sözlərinə görə, Bakıdakı görüşlərində "müstəqil jurnalistikanın cəmiyyətin inkişafının və yetkinləşməsinin vacib tərkib hissəsi olduğu vurğulanıb".
Geri qayıt