Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > DİN-dən vətəndaşın cibinə narkotik qoyulması ittihamları ilə bağlı AÇIQLAMA

DİN-dən vətəndaşın cibinə narkotik qoyulması ittihamları ilə bağlı AÇIQLAMA


17-07-2024, 14:37.
title}


Sosial şəbəkələrdə polis əməkdaşının vətəndaşın cibinə bir paket qoyduğuna, daha sonra şiddət tətbiq edərək onu saxladığına dair görüntülər yayılıb. Bu kadrların yayılmasından bir gün sonra DİN onlara münasibət bildirib.

Civilazerbaijan.com
bildirir ki, DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov yayılan görüntülərlə bağlı mətbuatın sorğusuna cavab olaraq bildirib ki, görüntülər 5 il öncə Sabunçu rayonunda qeydə alınıb.

"Ərazidə keçirilən əməliyyat tədbiri zamanı bir nəfər özünü şübhəli apardığından polis əməkdaşı ona yaxınlaşıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə fənd tətbiq olunaraq saxlanılıb və yoxlanılması üçün polis bölməsinə aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxsin ərazidə axtarışı aparılan digər şübhəlilərlə əlaqəsi yoxdur. Onun barəsində aqressiv davranışına görə inzibati xəta haqqında protokol tərtib olunaraq 50 manat cərimə tətbiq edilməklə sərbəst buraxılıb.

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, vətəndaşın narkotiklə ittiham edilməsi və digər əsası olmayan iddialar həqiqəti əks etdirmir", deyə DİN-in məlumatında bildirilir.

Bu məlumatda bir çox ziddiyyətlər və uyğunsuzluqlar var. İlk növbədə sual yaranır: Şəxsin təqsiri yox idisə və polis tərəfindən axtarışda olanlarla əlaqəsi yox idisə, onu niyə cərimə ediblər?

"Özünü aqressiv aparıb" nə deməkdir? Naməlum şəxs cibinə nə isə qoyursa, normal şəxs necə reaksiya verməlidir?

Yeri gəlmişkən, məlumatda polisin səhvən cinayətkar hesab etdiyi vətəndaşdan üzr istədiyi bildirilmir.

Bütün bu hərəkətlər bu idarənin əməkdaşlarının rəhbər tutmalı olduğu "Polis haqqında" Qanuna ziddir.
Geri qayıt