Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Ermənistan yenə də KTMT-nin təlimlərinə qatılmaqdan imtina edib

Ermənistan yenə də KTMT-nin təlimlərinə qatılmaqdan imtina edib


5-08-2024, 15:01.
title}


Ermənistanın yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qatılmadığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu dəfə Yerevan avqustun 14-dən 16-dək Novosibirskdə baş tutacaq “Kobalt-2024” manevrlərində iştirakdan imtina edib.

Fevralın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı “dondurulub”.

Ermənistan bundan əvvəl, 2023-cü ilin dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib. Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan KTMT-dən heç bir gözləntinin olmadığını bildirib.

Mayın 8-də isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarında nəzərdə tutulmuş fəaliyyətini maliyyələşdirməyəcəyini açıqlamışdı, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt