Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ukrayna Rusiya hərbçilərinin kolonunu və Lipetskdəki aerodromu məhv edib - FOTO

Ukrayna Rusiya hərbçilərinin kolonunu və Lipetskdəki aerodromu məhv edib - FOTO


9-08-2024, 13:56.
title}


Avqustun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının hərbi aviasiyasının yerləşdiyi "Lipetsk-2" aerodromuna hava zərbəsi endirib. Nəticədə, bir neçə döyüş təyyarəsi və 700 idarə olunan aviabombalı anbar məhv edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ukraynadakı hərbi mənbələr məlumat verib.

Ukrayna pilotsuz təyyarələrinin zərbəsi zamanı güclü partlayış baş verib ki, bu da detonasiyaya və yanğına səbəb olub. Yerli hakimiyyət orqanları yaxınlıqdakı yaşayış məntəqələrindən sakinlərin təxliyəsini elan ediblər. Bildirilir ki, bu aerodromda Su-34, Su-35 və MiG-31 təyyarələri yerləşib.

Eyni zamanda, Rusiya hərbçilərinin kolonuna hücum olub. 13 "Ural" və KAMAZ maşını məhv edilib. Nəticədə 300-400 nəfər həlak və yaralanıb. Zərbə HIMARS raketlərilə endirilib.

Rusiyanın Belqorod, Lipetsk, Bryansk və Voronej bölgələrindəki obyektlərə, eləcə də Krıma dronlarla zərbələr endirilib, Turanın məlumatında qeyd olunur.






Geri qayıt