Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Durov girov müqabilində azadlığa buraxılıb

Durov girov müqabilində azadlığa buraxılıb


29-08-2024, 11:26.
title}


Telegramın təsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və o zaminə buraxılıb. Onun Fransadan çıxması qadağan edilib, 5 milyon avro girov ödəməli və həftədə iki dəfə polisə məlumat verməlidir.

Civilazerbaijan.com
bildirir ki, Fransa prokurorluğunun press-relizində qeyd olunur ki, “Durov çirkli pulların yuyulması, uşaq pornoqrafiyasının yayılması, narkotik alveri və fırıldaqçılıq kimi qanunsuz fəaliyyətlər üçün istifadə olunan platformanı idarə etməkdə ittiham olunur. O, həmçinin hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Sənəddə qeyd olunur ki, bu ittihamlar

Telegram-ın hakimiyyət orqanlarının sorğularına cavab vermədiyi üçün irəli sürülüb”.


Geri qayıt