Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Pavel Durov Fransada saxlandıqdan sonra ilk postunu YAYIMLAYIB
Pavel Durov Fransada saxlandıqdan sonra ilk postunu YAYIMLAYIB6-09-2024, 12:17. |
Telegram sosial şəbəkəsinin qurucusu Pavel Durov Fransada saxlanandan sonra kanalında ilk postunu dərc edib. Civilazerbaijan.com bildirir ki, o, tərəfdarlarına dəstəyə görə təşəkkür edərək yazıb ki, Fransa polisi onu dörd gün ərzində dindirib, bunu Durovun "Telegram-ın başqaları tərəfindən qanunsuz istifadəsi üçün məsuliyyət daşıması" ilə izah edib. Ona həmçinin deyilib ki, əsasını qoyduğu sosial şəbəkənin administrasiyası hakimiyyətin sorğularına cavab verməyib. Durov özünə qarşı iddiaları "gözlənilməz", vəziyyəti isə "təəccüblü" adlandırıb, çünki, onun postda yazdığı kimi, Telegram-ın Avropa İttifaqında rəsmi təmsilçisi var, sorğulara o cavab verir. O özü isə şəxsən Fransada terrorçuluq təhlükəsi ilə mübarizə üçün Telegram-ın qaynar xəttinin yaradılmasına kömək edib, bütün bu müddət ərzində Fransa hakimiyyətinin əlində onunla əlaqə qurmaqdan, kömək istəməkdən ötrü çoxsaylı üsullar olub, - Durov belə yazır. Onun sözlərinə görə, hansısa ölkə internet-xidmətdən məmnun deyilsə, mövcud praktika odur ki, bu xidmətə qarşı məhkəmə iddiası qaldırılır, onun baş direktoru üçüncü tərəflərin törətdiyi cinayətlərə görə ittiham edilmir. Telegram-ın qadağan olunduğu ölkələr "Bəzən biz konfidensiallıqla təhlükəsizlik arasında balans barədə ölkənin tənzimləyici orqanı ilə razılığa gələ bilmirik. Belə hallarda bu ölkəni tərk etməyə hazırıq. Bunu dəfələrlə etmişik. Rusiya bizdən izləmələr üçün şifrələmə kodlarını tələb edəndə imtina etdik və Telegram Rusiyada qadağan olundu. İran bizdən dinc etirazçıların kanallarını bloklamağı tələb edəndə imtina etdik – və Telegram İranda qadağan olundu. Biz prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq, çünki bunu pula görə etmirik", – Durov yazıb. O, həmçinin Telegram-da cinayətkarlarla mübarizə üçün tədbirlər görüləcəyini vəd edib. "Qarşıma məqsəd qoymuşam ki, bu mənada vəziyyəti əhəmiyyətli şəkildə düzəldək. Artıq şirkət daxilində bu prosesə başlamışıq, tezliklə sizinlə əldə etdiyimiz proqres barədə daha detallı informasiyanı bölüşəcəyəm", – Durov qeyd edib. P.Durov avqustun 24-də Parisin Le-Burje aeroportunda saxlanılıb. Dörd gün sonra ona qarşı irəli sürülən ittihamların böyük hissəsi Telegram messenceri vasitəsilə törədildiyi bildirilən cinayətlərlə bağlıdır, platforma administrasiyasının isə Fransanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etdiyi deyilir. Durov məhkəmə nəzarəti altında, 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb. Biznesmenin Fransanı tərk etməsi yasaqlanıb. O, həftədə iki dəfə polisdə qeydiyyatdan keçməlidir. (Mənbə: AzadlıqRadiosu) Geri qayıt |