Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Netanyahudan İranın raket hücumuna İsrailin cavabıyla bağlı AÇIQLAMA

Netanyahudan İranın raket hücumuna İsrailin cavabıyla bağlı AÇIQLAMA


2-10-2024, 13:09.
title}


“Bu gecə İran yenidən İsrailə yüzlərlə raketlə hücum edib. Bu hücum iflasa uğrayıb. Dünyanın ən mükəmməl sistemlərindən olan İsrailin havadan müdafiə sistemi sayəsində bunun qarşısı alınıb”.

Civilazerbaijan.com
bildirir ki, bunu İsrailin Baş Naziri Benyamin Netanyahu xalqa müraciətində söyləyib və İsrail Müdafiə Qüvvələrini uğurlu müdafiə tədbirlərinə görə təbrik edib. “Bunun qarşısı həm də sizin – İsrail vətəndaşlarının sayıqlığı və məsuliyyəti sayəsində alınıb”, Netaynyahu bəyan edib.

Netanyahu həmçinin qeyd edib ki, İran “böyük səhvə yol verib” və onun ölkəsinə hücum etdiyinə görə bədəl ödəyəcək.

“İran bu gecə böyük səhvə yol verdi - və onun bədəlini ödəyəcək,” deyə Netanyahu İrandakı rejimin İsrailin qətiyyətini və düşmənlərdən qisas almaq əzmini anlamadığını vurğulayıb.

“Biz bərqərar etdiyimiz qaydaya riayət edəcəyik,” o deyib. “Kim bizə hücum etsə, biz ona hücum edəcəyik.”

İranın İsrailə yüzdən çox raket atması ilə İsrail və İranın proksi qüvvələri arasındakı qarşıdurma yeni eskalasiya nöqtəsinə çatıb. Səmada çox sayda raketlərin görünməsi ilə İsrailin hər yerində hava hücumu sirenləri səslənib.

İsrail hərbçiləri hücumun axşam saat 7:30 radələrində başlandığını və hücumda 180-dən çox raketin istifadə olunduğunu bildirib.

İsrailin Dəmir Qübbə kimi tanınan hava hücumundan müdafiə sisteminin raketlərin bəzilərini səmada vurduğu görüntülənib.

İranın dövlət xəbər agentliyi olan İRNA Teleqram kanalında hücumların videosunu paylaşıb. O, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatını paylaşıb. Həmin bəyanatda İranın İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarını hədəf aldığı bildirilir.

Son hücumun HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi və Livanda Hizbullah və SEPAH konmandirlərinin öldürülməsinə cavab olduğu bildirilir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı missiyası yaydığı açıqlamada Tehranın İsrailə "cavab" verdiyni bəyan edib.

"İranın sionist rejiminin terrorist əməllərinə - İran vətəndaşları və maraqlarını hədəf almasına və İslam Respublikasının milli suverenliyinə müdaxiləsinə - qanuni, rasional və legitim cavabı həyata keçirilib," İranın BMT-dəki missiyası X platformasında yazıb, Amerikanın Səsinin məlumatında qeyd olunur.
Geri qayıt