Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiyadan Zelenskinin “qələbə planı”na REAKSİYA

Rusiyadan Zelenskinin “qələbə planı”na REAKSİYA


17-10-2024, 14:52.
title}


Çərşənbə günü Rusiya Ukrayna prezidenti Vladimir Zelenskinin təqdim etdiyi "qələbə planını" pisləyib və bildirib ki, o, NATO-nu Moskva ilə birbaşa münaqişəyə sövq etməyə çalışır.

Civilazerbaijan.com
bildirir ki, Zelenski öz çıxışında müttəfiqlərini gələn il Rusiya ilə münaqişəyə son qoymaq üçün bu çətin anda Kiyevi dəstəkləmək üçün təcili addımlar atmağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə söyləyib ki, Zelenskinin parlamentə təqdim etdiyi plan Ukrayna xalqı üçün fəlakətə gətirib çıxaracaq.

"O, NATO-nu ölkəmizlə birbaşa münaqişəyə sövq edir" deyən Zaxarova, Zelenskinin Qərb tərəfdaşlarına etibar edə bilməyəcəyini bildirib.

Rusiya uzun müddətdir ki, Qərbi Ukraynadan Moskvaya qarşı başqasının əli ilə müharibə aparmaq üçün istifadə etməkdə ittiham edir.

Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri deyirlər ki, onlar Ukraynaya müstəmləkə üslubunda əsassız torpaq zəbtindən müdafiə olunmağa kömək edirlər.

Putin o zaman xəbərdarlıq edib ki, belə bir halda Moskva “müvafiq tədbirlər” görməyə məcbur olacaq.

Zaxarova deyib ki, Zelenski bununla NATO-ya çağırışlarının nəyə gətirib çıxaracağını “yaxşı başa düşür”.

Kreml çərşənbə günü bildirib ki, Zelenskinin planını təfərrüatlı şərh etmək hələ tezdir, lakin Kiyev “ayılmalı” və öz siyasətinin mənasızlığını dərk etməlidir, Turan-ın xəbərində qeyd olunur.
Geri qayıt