Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İsrail İranda hərbi hədəflərə zərbələr endirib

İsrail İranda hərbi hədəflərə zərbələr endirib


26-10-2024, 13:04.
title}


İsrail hərbi qüvvələri Irana endirilən “dəqiq və hədəfləndirilmiş” hava zərbələrini tamamlayıblar. “Cavab zərbələri bitirilib və missiya yerinə yetirilib,” İsrail Müdafiə Qüvvələrinin yaydığı bəyanatda bildirilir. “Bizim təyyarələrimiz salamat vətənə qayıdıblar.”

Civilazerbaijan.com
bildirir ki, İsrail hərbçiləri əsas hədəflərin raket istehsal edən zavodlar olduğunu, habelə havadan müdafiə sistemlərinin vurulduğunu bildiriblər.

İran mediası paytaxt Tehran və Kərəc şəhərləri yaxınlığında bir neçə partlayışın baş verdyini xəbər verib.

İsrail Müdafiə Qüvvələri (İMQ) X platformasında yazılan mesajda İranda “hərbi hədəflərə dəqiq zərbələr” endirildiyini bildirmiş, lakin təfərrüata varmamışdı.

“İranda rejim və onun regiondakı proksiləri oktyabrın 7-dən bəri durmadan müxatəlif cəbhələrdə, o cümlədən İran torpaqlarından İsrailə hücumlar ediblər. Dünyada bütün başqa suveren dövlətlər kimi İsrail Dövlətinin cavab vermək hüququ və borcu var,” yayılan ilkin açıqlamada deyilirdi.

İsrailin zərbələri ABŞ Dövlət Katibi Antoni Blinkenin Yaxın Şərq səfərindən ABŞ-a qayıtdığı vaxta təsadüf edir.

Amerikanın Səsi Milli Təhlükəsizik Şurasına Prezident Co Baydenin İrandakı partlayışlar barədə məlumatlandırlıb-məlumatlandırlmadığını müəyyən etmək üçün sorğu göndərib. Sözçü Sean Savett birbaşa cavab verməsə də, zərbələrin oluğunu təsdiqləyib.

“Biz anlayırıq ki, İsrail okrtyabrın 1-də İranın İsrailə ballistik raket hücumlarında cavab və özünümüdafiə tədbiri olaraq İranda hərbi hədəflərə yönəlik zərbələr endirməkdədir,” Savett deyib.

Amerikalı müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, zərbələr haqda Vaşintona qabaqcadan məlumat verilib, lakin ABŞ bu əməliyyatlarda iştirak etmir.

Başqa müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, Pentaqonun Yaxın Şərqə göndərdiyi bütün əlavə ABŞ qüvvələri regiona İsrail zərbələr endirməyə başlamazdan öncə yetişib.

Cümə günü səhər ABŞ Mərkəzi Komandanlığı elan edib ki, Almaniyadan F-16 təyyarələri bölgəyə gəlib.

1 oktyabrda İranın İsrailə 200-ə yaxın raket və mərmi atmasından sonra verdiyi bəyanatda Netanyahu xəbərdarlıq etmişdi ki, İran bu hücuma görə bədəl ödəyəcək. O, Tehranın həmin addımını "böyük səhv" adlandırmışdı.

“Bu gecə İran yenidən İsrailə yüzlərlə raketlə hücum edib. Bu hücum iflasa uğrayıb. Dünyanın ən mükəmməl sistemlərindən olan İsrailin havadan müdafiə sistemi sayəsində bunun qarşısı alınıb,” Netanyahu bildirmiş və İsrail Müdafiə Qüvvələrini uğurlu müdafiə tədbirlərinə görə təbrik etmişdi.
Geri qayıt