Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Gürcü arzusu parlamentdə konstitusiya çoxluğunu əldə edə bilməyib - İLKİN NƏTİCƏLƏR

Gürcü arzusu parlamentdə konstitusiya çoxluğunu əldə edə bilməyib - İLKİN NƏTİCƏLƏR


27-10-2024, 12:38.
title}


Oktyabrın 26-da Gürücstanda parlament seçkiləri keçirilib.

Civilazerbaijan.com
bildirir ki, “News Georgia” xəbərinə görə, Mərkəzi Seçki Komissiyası seçkilərinin ilkin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası yeni parlamentdə konstitusiya çoxluğunu əldə edə bilməyəcək.

Oktyabrın 27-də səhər saatlarına olan məlumata mandatlar aşağıdakı kimi bölüşdürülür. (büllütenlərin 72%-na əsasən nəticələr):

“Gürcü arzusu” - 53%, 88 mandat;
“Dəyişiklik Koalisiyası - 11,2%, 19 mandat;
“Birlik - 9,8%, 16 mandat;
“Güclü Gürcüstan” – 9%, 14 mandat;
“Qaxariya – Gürcüstan naminə” – 8,2%, 13 mandat.


Konstitusiya çoxluğu üçün ən azı 113 deputat lazımdır. “Gürcü arzusu” məhz belə dəstəyə ümid edirdi, lakin yıga bilmədi.

Hakimiyyətdə olan partiyanın əsas seçki vədləri ölkənin əsas qanununun dəyişdirilməsini nəzərdə tuturdu - müxalifətin konstitusiyaya zidd olduğunu tanımaq, kilsənin xüsusi statusunu təmin etmək, LGBT təbliğatı kimi qiymətləndirilə bilən hər hansı hərəkətləri qadağan etmək və s.

Üstəlik, “Gürcü arzusu”na 88 səs hətta prezident Salome Zurabişvilinin impiçmenti üçün kifayət etməyəcək. Bunun üçün mandatların üçdə ikisi, yəni 100 yer lazımdır.

Hakim “Gürcü Arzusu” partiyası Tbilisidə və digər iri şəhərlərdə keçirilən seçkilərdə uduzsa da, Ninotsminda və Axalkalakidə demək olar ki, 90 faiz səs toplayıb.

MSK-nın saytında ilkin nəticələrə görə,

“Gürcü arzusu” - 53,056%;
“Dəyişiklik üçün Koalisiya - 11,177%;
“Birlik” – 9,852%;
“Güclü Gürcüstan” – 8,998%;
“Qaxariya – Gürcüstan üçün” – 8,228%.


Regionlardan danışırıqsa, “Gürcü arzusu” bütün böyük şəhərlərdə seçkilərdə qalib gəlmədi. Bunlar Tbilisidən kənarda yerləşən 74 rayondan beşidir.

Hakim partiya ən yaxşı nəticələri Samtsxe-Cavaxeti və Kvemo Kartlidə (Borçalı) göstərib. Bunlar etnik azlıqların (ermənilər və azərbaycanlılar) kompakt yaşadığı bölgələrdir. Qanun pozuntuları ilə bağlı ən çox məlumat buradan gəlir. Marneuli rayonunda hətta seçki məntəqələrinin birində bülletenlərin kütləvi şəkildə doldurulmasından sonra nəticələri ləğv etməli olublar.

Gürcüstan prezidenti Salome Zurabişvili də mənfi tendensiyaya işarə edərək deyib ki, “etnik azlıqdan seçkiləri saxtalaşdırmaq üçün istifadə etmək biabırçılıq və əxlaqsızlıqdır”.

Seçkilərdə 18 partiya iştirak edib. İlk dəfə olaraq parlamentin 150 üzvü proporsional sistemlə seçilir. Qanunverici orqana daxil olmaq üçün partiyalar beş faizlik baryeri keçməlidirlər, Turan İnformasiya Agentliyinin məlumatında qeyd olunur.
Geri qayıt