Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Gürcüstanda seçki nəticələrini saxtalaşdıran azərbaycanlı həbs edilib

Gürcüstanda seçki nəticələrini saxtalaşdıran azərbaycanlı həbs edilib


30-10-2024, 12:51.
title}


Gürcüstan hüquq-mühafizə orqanları Marneulidə etnik azərbaycanlını həbs edib. Bu şəxs, səslərin bir dəstəsini seçki qutusuna atdığı anı əks etdirən və geniş beynəlxalq diqqət qazanan videoyla tanınıb, - deyə "Gürcü Arzusu" partiyasının siyasi şurasının üzvü və parlamentin sədri Şalva Papuvaşvili məlumat verib.

Civilazerbaijan.com
bildirir ki, həbs olunan şəxs yerli bələdiyyə sədrinin müavini və hakim "Gürcü Arzusu" partiyasının üzvü Rovşən İsgəndərovdur. Hazırda istintaq davam edir və onun gələcək taleyi barədə qərar istintaqın nəticələrinə əsasən qəbul ediləcək.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə səslərin 54 faizini qazanaraq hakim partiya qalib gəlib. Lakin Gürcüstan Prezidenti və müxalifət 26 oktyabrda keçirilən parlament seçkilərini qanunsuz və saxtalaşdırılmış elan ediblər. Təqdim olunan çoxsaylı sübutlar arasında ən məşhuru, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə 69 saylı seçki məntəqəsindən olan videodur. Bu videoda İsgəndərov digər seçki rəsmilərinin iştirakı ilə səslərin bir dəstəsini qutuya atarkən görünür.

Hadisəni "Mənim Səsim" missiyasının müşahidəçisi videoya çəkib və daha sonra fiziki zorakılığa məruz qalaraq seçki məntəqəsindən çıxarılıb. Hadisə ilə bağlı video kadrları internetdə paylaşan şəxs isə keçmiş ombudsman Nino Lomcariya olub, bu da hadisəyə diqqəti daha da artırıb, Turanın məlumatında qeyd olunub.
Geri qayıt