Əsas Səhifə > Dünya / Elm və Kültür / Manşet / Üst manşet / Sağ xəbərlər > Co Bayden Ağ Evdə Donald Trampı qəbul edib
Co Bayden Ağ Evdə Donald Trampı qəbul edib14-11-2024, 01:50. |
Çərşənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müzəffər kimi Vaşinqtona qayıdaraq, son dörd ildə ilk dəfə Ağ Evə daxil olub və vəzifəsinin müddətinin bitməsinə iki ay qalan prezident Co Baydenlə görüşüb. Civilazerbaijan.com bildirir ki, Trampla görüş Baydenin dəvəti ilə keçirilib. Bu ənənə Amerika demokratiyasında hakimiyyətin cari ABŞ liderindən yeni liderinə dinc yolla ötürülməsi nümayişidir. "Dediyimiz kimi, rəvan bir keçidin olmasını səbirsizliklə gözləyirik. Yerləşməyiniz üçün ehtiyacınız duyulan hər şeyin edilməsi üçün əlimizdən gələni edəcəyik", Bayden Trampı salamlayarkən deyib və əlavə edib ki, "xoş gəldin, yenidən xoş gəldin". Tramp isə öz növbəsində Baydenə təşəkkür edib. "Siyasət sərtdir və çox hallarda gözəl dünya deyil. Amma bu gün gözəl dünyadır. Mən bu rəvan keçidi çox yüksək qiymətləndirirəm”, deyə yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp bildirib. Salamlaşmadan sonra jurnalistlər sual verməyə çalışsalar da, onları tez bir zamanda otaqdan çıxarıblar. Baydenlə Tramp arasında görüş siyasi gərginlə boldur. Cari prezident Trampa yenidən qalib gələrək, yeni müddətə prezident seçilmək niyyətində idi. Amma ikisinin arasında canlı debat zamanı Bayden zəif performans göstərdikdən sonra seçkidən geri çəkilərək, vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib. Keçən həftə keçirilən seçkilərdə Tramp yeddi mühüm ştatda üstünlük əldə edərək, rahatlıqda Harrisə qalib gəlib. 2020-ci ildə Bayden Trampa qalib gələndə, Tramp inauqurasiyadan öncə Baydeni Ağ Evə dəvət etməmişdi və yeni prezidentin inauqurasiyası səhəri paytaxtı tərk etmişdi. Tramp bu günə qədər 2020-ci il seçkilərində saxtakarlıq nəticəsində məğlub olduğunu iddia edir. O, Endryü Consonun Ulisses Qrantın andiçmə mərasimini buraxmasından bəri, inauqurasiyada iştirak etməmiş yeganə prezidentdir, Amerikanın Səsinin məlumatında qeyd olunur Geri qayıt |