Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İsrail və "Hizbullah" arasında atəşkəs elan olunub
İsrail və "Hizbullah" arasında atəşkəs elan olunub27-11-2024, 14:05. |
ABŞ Prezidenti Joe Biden İsraillə İranın dəstəklədiyi Hizbullah döyüşçüləri arasında 13 aydır davam edən döyüşlərə son qoymaq üçün atəşkəs sazişini elan edib. Civilazerbaijan.com bildirir ki, ABŞ və Fransanın birgə bəyanatında qeyd olunur ki, saziş Livanda döyüşləri dayandıracaq və "İsraili Hizbullah və digər terror təşkilatlarının təhlükəsindən qoruyacaq". ABŞ Prezidenti Joe Biden jurnalistlərə deyib ki, razılaşma “daimi atəşkəs üçün nəzərdə tutulub”. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai atəşkəsi alqışlayıb və “Livan hökuməti, milləti və müqaviməti”nə dəstəyini vurğulayıb. Təxminən iki ay əvvəl İsrail "Hizbullah"a ardıcıl zərbələr endirməyə başlamışdı. Atəşkəsin şərtlərinə əsasən, "Hizbullah" öz döyüşçülərini və silahlarını 60 gün ərzində Livan və İsrail arasında qeyri-rəsmi sərhəd olan “Mavi xətt” və Litani çayı arasındakı ərazidən, təxminən 30 km şimaldan çıxaracaq. Yüksək rütbəli bir ABŞ rəsmisinin sözlərinə görə, Hizbullah döyüşçüləri həmin ərazidə infrastrukturun və ya silahların yığışdırılmasını təmin edəcək. Həmin ərazidə "Hizbullah" döyüşçülərini Livan ordusu əvəz edəcək. Bu 60 gün ərzində İsrailin qalan qüvvələrini və mülki insanları tədricən geri çəkəcəyini söyləyən Biden, bunun sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmasına imkan yaradacağını bildirib, BBC-nin məlumatında qeyd olunur. Geri qayıt |