Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Reuters - Bəşər Əsədin təyyarəsi vurulub
Reuters - Bəşər Əsədin təyyarəsi vurulub8-12-2024, 17:30. |
Bəşər Əsədin Dəməşqi tərk edərkən naməlum istiqamətə uçduğu təyyarə vurulub. Civilazerbaijan.com bildirir ki, bu barədə "Reuters" agentliyinin mənbələri məlumat yayıb. Xəbərdə qeyd edilir ki, təyyarə Dəməşq yaxınlığında üsyançı qüvvələr tərəfindən hədəfə alınıb və yerə düşüb. Hadisənin detalları hələ də dəqiqləşdirilməyib. Hadisə ilə bağlı hələ ki, rəsmi təsdiq və ya təkzib verilməyib. ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada məlumatın araşdırıldığı bildirilib. Qeyd edək ki, dekabrın 8-i Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib. Müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər. Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb. Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək: "Vətənimizin bir parçası olan heç kimə zərər verməyəcəklərini təsdiqləyən rəqiblərə əlimizi uzadırıq. Biz onlarla elə işləməyə hazırıq ki, onlara hər cür köməklik göstərək və dövlət obyektlərinin təhlükəsizliyini təmin edərkən dövlət işlərini mərhələli şəkildə təhvil verək” . Geri qayıt |