Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb
ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıbBu gün, 15:27. |
ABŞ öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb. Civilazerbaijan.com bildirir ki, bununla bağlı bəyanat Dövlət Departamentinin saytında yerləşdirilib. “Belarus hakimiyyətinin yerli qanunları özbaşına yerinə yetirməsi və həbs olunma riski, Rusiyanın Ukraynaya qarşı müharibəsinə davamlı dəstəyi, regional qeyri-sabitlik və gözlənilməzliyin artması səbəbindən Belarusa səfər etməyin. Belarusda olan ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, – Dövlət Departamentinin bəyanatında deyilir. ABŞ Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 2022-ci il fevralın 28-də Minskdəki səfirliyinin işini dayandırıb. Dövlət Departamentinin əmri ilə əməkdaşlar təxliyə edilib və fövqəladə xidmətlər də daxil olmaqla xidmətlərin göstərilməsi dayandırılıb, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |