Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Rusiyanın Neft Donanmasına, Qazprom Neftə, Surqutneftegaza sanksiya tətbiq edib
ABŞ Rusiyanın Neft Donanmasına, Qazprom Neftə, Surqutneftegaza sanksiya tətbiq edibDünən, 22:55. |
Birləşmiş Ştatlar cümə günü Rusiyanın enerji sektoruna neft və maye qaz ixracını hədəfləyən, Moskvaya aylıq milyardlarla gəlir gətirən bizmesinə ən böyük sanksiyalarını tətbiq elədi. Civilazerbaijan.com bildirir ki, Turanın Vaşinqton müxbirinin məlumatına görə, sanksiyalar Rusiyanın ən böyük neft-qaz şirkətlərindən olan “Qazprom Neft” və “Surqutneftegas”ı, həmçinin Rusiyanın “kölgə donanması” kimi tanınan 183 Rusiya gəmisini hədəf alır. Bundan əlavə, Rusiyanın onlarla energetika məmuru və enerji treyderləri, o cümlədən “Rosatom”un, Rusiyanın Atom Enerjisi Korporasiyasının yüksək vəzifəli şəxsləri sanksiyaya məruz qalacaq. Həmçinin Rusiyanın maye qaz ixracı ilə məşğul olan qurumlar və fiziki şəxslər, Rusiyanın gələcək neft potensialını genişləndirməyə çalışanlar, metalurgiya sektorundaki məmurlar da hədəfdədir. Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri cümə günü jurnalistlərə bildiriblər ki, bu sanksiyalar G7 öhdəliklərinə uyğundur. ABŞ Maliyyə Naziri Janet Yellen verdiyi açıqlamada, "Bugünkü hərəkətlərimizlə biz Rusiyanın neft ixracına zərbə endirdik" dedi. Rəsmilərin dediyinə görə, Böyük Britaniya da hərəkətə keçərək, Rusiyanın iki böyük neft istehsalçısına sanksiya tətbiq etməkdə ABŞ-a qoşulur. Bugünkü sanksiyaların fəsadlarına gəlincə, administrasiya rəsmiləri dollardan istifadə etməklə Rusiya ixracatını satın almasını çətinləşdirəcək. Moskva yeni kölgə donanması qurmalı olacaq. Rusiyanın neft ticarəti üçün istifadə etdiyi maliyyə ekosistemi bugünkü sanksiyalardan sonra deqradasiyaya ugrayacaq. “Əgər biz bu addımları daha əvvəl atsaydıq, o zaman qiymətlər yüksələcək və Rusiyanın gəlirlərinin artmasına şərait yaradardı”, - deyə rəsmilər bildirib. Geri qayıt |