Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Ermənistan-Türkiyə sərhədi açılıb

Ermənistan-Türkiyə sərhədi açılıb


22-03-2025, 14:37.
title}


Ermənistan-Türkiyə sərhədi Suriyaya humanitar yardım göndərmək üçün 10 günlük açılıb.

Civilazerbaijan.com
bildirir ki, Marqara sərhəd-keçid məntəqəsinin açılması Türkiyə rəsmilərilə müzakirə edilib, Xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan deyib.

Azərbaycanda hökumətyönlü media Türkiyəni Alican-Marqara keçid mənqətəsini açmağa razılaşdığına görə tənqid edib.

Səbəb isə o göstərilir ki, Ermənistan Azərbaycandan Naxçıvana quru əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin reallaşmağına maneələr törədir, yerli media yazır.

Martın əvvəlində Ermənistan hökuməti bir qrup türkiyəli jurnalisti ölkəyə dəvət edib. Jurnalistlər Marqara keçid mənqətəsinə də aparılıb.

Bu sərhəd keçid məntəqəsi ilk dəfə deyil ki, açılır.

2023-cü ilin fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra bu sərhəd-keçid məntəqəsi iki dəfə humanitar yardım göndərmək üçün istifadə edilib, BBC-nin m\lumatında qeyd olunur.
Geri qayıt