Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > İsrail İranın dövlət televiziyasını vurub

İsrail İranın dövlət televiziyasını vurub


16-06-2025, 22:30.
title}


İsrail iyunun 16-da İranın dövlət televiziyasının (IRIB) binasını vurub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə IRNA xəbər yayıb.

İtkilər, binaya dəyən ziyan barədə rəsmi bilgi yoxdur. IRIB-nin ictimaiyyətlə əlaqələr şöbəsi radio və televiziya xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı canlı yayımda lentə alınıb. Yayımlar qısa müddətə dayanıb. Videoda isə binada böyük yanğın, qara tüstünün qalxdığı görünür.

Bir neçə saat öncə İsrail ordusu Tehranda 3-cü rayona hücumla bağlı xəbərdarlıq etmişdi. 300 min sakinin yaşadığı bu rayonda dövlət televiziyası, kəşfiyyat bölməsinin qərargahı yerləşir, bəzi yüksək rütbəli rəsmilər yaşayır.
Geri qayıt