Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Oyun oynamırıq - Trampdan Rusiyanın "Burevestnik" sınağı haqqında AÇIQLAMA
Oyun oynamırıq - Trampdan Rusiyanın "Burevestnik" sınağı haqqında AÇIQLAMADünən, 17:06. |
|
ABŞ prezidenti Donald Tramp Rusiyanın nüvə başlığı daşıya bilən "Burevestnik" qanadlı qitələrarası raket sınağına münasibət bildirib. Civilazerbaijan.com bildirir ki, bundan bir gün öncə Kreml raketin sınaqdan uğurla keçdiyi haqqında məlumat verib. Hərbi geyimdə çıxış edən prezident Vladimir Putin bu raketi "dünyada analoqu olmayan unikal silah" adlandırıb. Rusiya Baş Qərargahının məlumatına görə, raket 14 min kilometr məsafə qət edib, bu da onun ABŞ ərazisini vurmağa qadir olduğunu göstərir. CNN-in məlumatına görə, Tramp Rusiyanın raket sınağı barədə jurnalistlərin sualına cavabında deyib ki, "Putin belə danışmamalıdır", əvəzində artıq dörd ildir gedən Ukrayna münaqişəsini başa çatdırmalıdır. "Raket sınaqları keçirməkdənsə, onlar bu məsələ ilə məşğul olmalıdırlar", – Tramp vurğulayıb. "Oyun oynamırıq", – deyən Tramp əlavə edib ki, ABŞ da mütəmadi raket sınaqları aparır, həmçinin Rusiyanın sahilləri yaxınlığında "dünyada ən yaxşı" Amerika nüvə sualtı qayığı yerləşir: "Onun 8 min mil (13 min kilometr) məsafə qət etməsinə ehtiyac yoxdur". Jurnalistlərin raket sınağından sonra Rusiyaya əlavə sanksiyaların gözlənilib-gözlənilmədiyi haqda suala Tramp "Bunu sonra biləcəksiniz" cavabını verib. Kremlin bildirdiyinə görə, Rusiya oktyabrın 21-də nüvə enerjisi ilə işləyən "Burevestnik" (NATO təsnifatında – "SSC-X-9 Skyfall") qanadlı raketini uğurla sınaqdan keçirib. Putin iddia edib ki, raketin uçuş məsafəsi məhdudiyyətsizdir, trayektoriyasını proqnozlaşdırmaq mümkün deyil və bu, onu "mövcud və gələcək hava və raketdən müdafiə sistemləri qarşısında toxunulmaz" edir. Bir neçə il öncə "Burevestnik"in Ağ dənizdə sınaqları uğursuz olub, bir neçə nəfərin ölümü ilə nəticələnib, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |