Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Fransa və Ukrayna qırıcı təyyarələrin tədarükü barədə saziş imzalayıb
Fransa və Ukrayna qırıcı təyyarələrin tədarükü barədə saziş imzalayıbDünən, 19:15. |
|
Foto: AFP Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski Ukraynaya hərbi yardım göstərilməsini nəzərdə tutan və Kiyevin “Rafale” qırıcılarını almasını əhatə edən saziş imzalayıblar. Civilazerbaijan.com bildirir ki, sazişin imzalanma mərasimi Paris yaxınlığındakı Villakublə aviabazasında keçirilib. Sənədin detalları açıqlanmasa da, onun Ukrayna Silahlı Qüvvələri üçün Fransanın qırıcı təyyarələrinin tədarükünü ehtiva etdiyi məlumdur. Zelenski Fransa tərəfindən 100-ə qədər “Rafale” qırıcısının verilməsi ilə bağlı ümidli olduğunu bildirib. Ukrayna mediası həmçinin Kiyevin hava hücumundan müdafiə sistemləri və bir neçə model pilotsuz uçuş aparatının ötürülməsini də gözlədiyini yazır. Toplum TV-nin məlumatında qeyd olunur ki, noyabrın 16-da Fransanın Xarici İşlər Nazirliyi Parisin tərəfdaşlarla birlikdə Ukraynaya dəstəyi gücləndirməyi və Rusiyaya müharibəni dayandırması üçün təzyiq göstərməyi planlaşdırdığını açıqlamışdı. Geri qayıt |