Əsas Səhifə > Dünya > Qazaxıstan latın əlifbasına keçir

Qazaxıstan latın əlifbasına keçir


13-04-2017, 08:00.
title}
Qazaxıstan latın əlifbasına keçir


Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətə ilin sonunadək qazax əlifbasının latın qrafikasına keçidini hazırlamağı tapşırıb.

SİVİL.AZ-ın məlumatına görə, 2018-ci ildə yeni qazax əlifbasının vahid standartının hazırlanması planlaşdırılır.

Qazaxıstan prezidenti bildirib ki, əlifbanın latın qrafikasına tam keçidi 2025-ci ilədək başa çatacaq.

Bundan başqa, gələn ildən etibarən latın qrafikasının tədrisi üzrə mütəxəssislərin hazırlanması və orta məktəblər üçün dərsliklərin yazılması nəzərdə tutulur.
Geri qayıt