Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Andriy Yermak istefa verib
Andriy Yermak istefa verib28-11-2025, 20:49. |
|
Ukrayna prezidentinin administrasiya rəhbəri Andriy Yermak noyabrın 28-də istefa verib. Bu gün səhərdən ölkənin korrupsiyaya qarşı qurumları onun ofisində axtarış aparıb. Civilazerbaijan.com bildirir ki, Prezident Volodimir Zelenski ukraynalılara video müraciətində istefanı təsdiqləyib. O, ötən həftə Cenevrədə ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik etmiş Yermaka “minnətdarlığı”nı bildirib. “Ukraynanın danışıqlarda mövqeyi həmişə lazımınca təqdim olunub. Bu, daim vətənpərvər mövqe olub. Amma şayiə və spekulyasiya olmasını istəmirəm”, – Zelenski deyib. Prezident əlavə edib ki, Yermakın vəzifəsinə əvəz tapmaq üçün noyabrın 29-da Baş Qərargah rəisi, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, digər rəsmilərlə məsləhətləşmələr aparacaq. “Gücümüz yüz faiz Ukraynanın müdafiəsinə yönəldiləcək. İndi hər kəs məhz belə davranmalıdır, dövlətimizin maraqları naminə, dövlətimizi müdafiə etməlidir. Bu prinsip dəyişmir. Amerika tərəfi ilə yaxın vaxtlarda görüşlər keçiriləcək”, – Zelenski bildirib, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |