Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > NATO-nun baş katibi Mark Rutte: Ukraynaya dəstəyimiz sarsılmazdır
NATO-nun baş katibi Mark Rutte: Ukraynaya dəstəyimiz sarsılmazdırBu gün, 17:30. |
|
NATO-nun baş katibi Mark Rutte ABŞ-nin vasitəçiliyi ilə danışıqlar öncəsi Ukrayna paytaxtı Kiyevə gedib. Sabah- fevralın 4-də Əbu-Dabidə danışıqlar gözlənilir. ABŞ prezidenti Donald Tramp fevralın 2-də Ağ evdə jurnalistlərə deyib ki, Ukrayna və Rusiyadan "yaxşı xəbərlər" gözləyir. Medianın yazdığına görə, ABŞ-ni danışıqlarda Trampın xüsusi elçisi Stiv Uitkoff təmsil edəcək. Civilazerbaijan.com bildirir ki, M.Rutte isə fevralın 3-də Ukrayna parlamentində çıxış edib. "[Rusiya prezidenti Vladimir] Putin uzun müddət düşünürdü ki, vaxtı uzatmaqla bizi tükəndirə bilər. Ukraynanın zəif olduğunu, tərəfdarlarımızın yorulacağını, iradəmizin sarsılacağını düşünürdü. O, ciddi yanılıb. Ukrayna güclüdür və dəstəyimiz sarsılmazdır", – Rutte deputatlara deyib. Rutte qeyd edib ki, Ukraynanın Prioritet Tələbləri Siyahısı (PURL) vasitəsilə milyardlarla dollar dəyərində kritik ABŞ hərbi texnikası Ukraynaya çatdırılır, bunu Kiyevin müttəfiqləri və tərəfdaşları maliyyələşdirir. "Keçən yay PURL proqramına başlayandan bu mexanizm Ukraynanın "Patriot" batareyaları üçün bütün raketlərin təxminən 75 faizini, digər hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin 90 faizini təmin edib", – o vurğulayıb. "Bilirəm ki, bundan da çoxuna təcili ehtiyac var. Biz daha çoxunun tez bir zamanda çatdırılmasına çalışırıq", – Rutte əlavə edib. Ruttenin səfəri və Əbu-Dabi danışıqları öncəsi Rusiya Kiyevi və Ukraynanın digər şəhərlərinə raket və dron zərbələri endirib. Azı doqquz nəfər xəsarət alıb, çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib. Kiyev meri Vitali Kliçko paytaxtda 1170 yaşayış binasının istiliksiz qaldığını deyib. Energetika naziri Denis Şmıqal səkkiz vilayətin hədəfə alındığını, bunun "qış soyqırımı cəhdi" olduğunu deyib. "Sərt qış şəraitində yüzlərlə ailənin, uşaqların istilik təminatı bilərəkdən kəsilib", – Şmıqal X-də yazıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |