Əsas Səhifə > Dünya / Manşet > Ermənistanda etirazlar davam edir

Ermənistanda etirazlar davam edir


14-04-2017, 15:06.
title}
Ermənistanda etirazlar davam edir


Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Paytaxt Yerevanda Sasna Srer silahlı qruplaşmasına dəstək mitinqlərində iştirakda ittiham olunaraq həbs edilən Sarı Tax məhəlləsinin sakinlərinin yaxınları aksiya keçirirlər. Etirazçılar məhbuslara azadlıq istəyirlər.

SİVİL.AZ xəbər verir ki, ötən il iyulun 19-da Yerevanın Erebuni rayonunda baş verən hadisələrlə bağlı başlanan cinayət işi nəticəsində həbs edilmiş dinc sakinlərin yaxınları etirazları davam etdirirlər. İki həftəyə yaxındır ölkənin Baş Prokurorluğu qarşısında oturaq mitinq keçirən aksiya iştirakçıları qanunsuz olaraq həbs edilən məhbusların azadlığa buraxılmasını tələb edirlər.

Polis tərəfindən zorakılıqla həbs edilən Edvard Zeytunyanın həyat yoldaşı Lala Bernetsyan bildirir ki, onlar oturaq aksiya təşkil etməklə diqqəti yaxınlarının üzərinə çəkmək istəyirlər. Aksiya iştirakçılarının iddiasına əsasən bu insanların Sasna Srerlə heç bir bağlılığı yoxdur. Həmin hadisələr sadəcə onların yaşadığı Sarı Tax məhəlləsində baş verib. Günahsız yerə həbs olunanlar isə orada sadəcə baş verənləri izləyiblər.

Hüquq müdafiəçisi Janna Aleksanyan deyib: “Baş prokuror Artur Davtyanın məhbuslara təklifi gülməlidir. Baş prokuror onlara təklif edib ki, hadisələrin təşkilində iştirak etdiklərini desinlər. Bir insan necə etmədiyi günahı boynuna almalıdır ki? Baş prokurorun məhbuslara təklifi bu ölkədə məhkəmə hüquq orqanlarının yarıtmazlığını göstərir. Burada ədalətdən söhbət belə gedə bilməz. Biz hazırda insanları öldürən, həbs edən, şərləyən sistemlə iş görürük”.

Həbs edilən Sarı Tax sakinləri baş prokurorun təklifi ilə razılaşmasa, onları beş ildən on ilədək cəza gözləyir. Şikayətçi Narine Kazaryan da həyat yoldaşı Qraçya Boyadjanın günahsız olduğunu deyir. O qeyd edir ki, burada cinayət məsuliyyətinə cəlb olunan şəxslər polis əməkdaşları olmalıdır. Çünki asayişi onlar pozublar. Dinc insanlara səs qumbaraları atan da polisdir.

Məhbuslar həbsxanada aclıq aksiyası keçirirlər. Bu da onların yaxınlarını narahat edir. Hüquq müdafiəçiləri baş verənlərdə birbaşa günahkar olan Sarkisyan hökumətinin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğunu deyirlər. (AZƏRTAC)
Geri qayıt