Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > İsrail və ABŞ İrana zərbələr endirir
İsrail və ABŞ İrana zərbələr endirir28-02-2026, 14:58. |
|
İsrail İrana qabaqlayıcı zərbə endirib. Civilazerbaijan.com bildirir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib. Müdafiə Nazirliyi bütün ölkə boyu fövqəladə vəziyyət rejimi elan edib. Hazırda İran ərazisi üzrə ölkə liderinin evi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qərargahı da daxil olmaqla təxminən 30 obyektə zərbə endirilib. Bu barədə "Nuw100" məlumat yayıb. Yüksək vəzifəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, hücumlar ABŞ ilə birgə həyata keçirilib və bir neçə ay ərzində diqqətlə planlaşdırılıb. Zərbələrin Tehranın şərqində, Sindhindan bölgəsində qeydə alındığı bildirilir. "MOSSAD" İran vətəndaşlarına müraciət edərək onlara dəstək ifadə edib: "Biz sizinləyik, birlikdə İrana onun şöhrətli günlərini qaytaracağıq. Özünüzü qoruyun”. Məlumata əsasən, Tehranda hücumların yeni dalğası davam edir ki, bu da əməliyyatın miqyasını və koordinasiyasını təsdiqləyir. Sosial mediada videomüraciətində Tramp deyib ki, məqsədi "İran rejiminin yaratdığı təhdidləri aradan qaldıraraq Amerika xalqını qorumaqdır". "Bu bəyanatı rahat çatdırmıram. İran rejimi öldürmək istəyir", – Tramp videoda deyir. "Azadlıq saatınız yaxındadır", – Tramp aşkar şəkildə İran xalqına müraciətlə deyib. İranda dekabrın sonu və yanvarda kütləvi etirazlar vaxtı Tramp Tehranı etirazçılara qarşı zorakılıq baş verərsə, hərbi addımlarla hədələmişdi. Ötən il 12 günlük İran-İsrail münaqişəsinin sonunda ABŞ İranın nüvə obyektlərini bombalayıb. Tramp bundan sonra da Tehranın nüvə proqramını yenidən qurmağa çalışmaqda ittiham edib. Tehranın mərkəzində partlayışlar baş verdiyi bildirilir. Sosial mediada yayılan foto və videolarda şəhərin üzərində tüstü qalxdığı görünür. İtkilər barədə məlumat yoxdur. SEPAH-a yaxın "Tasnim" agentliyi İranın hava məkanının bağlandığını xəbər verir. İsrail Müdafiə Qüvvələri (SAXAL) bildirir ki, sakinlərə mühafizə olunan ərazilərin yaxınlığında qalmaq üçün təlimat verilib. Bu həftə Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu başa çatıb. Növbəti raundun gələn həftə Vyanada keçiriləcəyi açıqlanıb. Vaşinqton bu müddətdə hərbi qüvvələrini regiona cəmləyib. Dünyada ən böyük təyyarədaşıyan "USS Gerald R.Ford" gəmisinin fevralın 27-də İsrailə çatacağı gözlənirdi. "Reuters" İsrailin müdafiə rəsmisinə istinadla zərbələrin Vaşinqtonla koordinasiya olunduğunu yazır. Geri qayıt |