Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ermənistan Rusiyanın qarabağlı qaçqınlar üçün yardımını rədd edib
Ermənistan Rusiyanın qarabağlı qaçqınlar üçün yardımını rədd edib14-03-2026, 12:49. |
|
Ermənistan hökuməti Rusiyanın qarabağlı erməni qaçqınlar üçün təklif etdiyi humanitar yardımı qəbul etməkdən imtina edib. Civilazerbaijan.com bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 12-də keçirdiyi brifinqdə xəbəri təsdiqləyib. O, həmçinin, Moskvanın bu qərarla bağlı çaşqınlığını ifadə edib. "Yerevanın yardımdan imtina etməsi artıq buna ehtiyac olmadığı təqdirdə öz-özlüyündə başa düşülərdi. Lakin Yerevanın imtina üçün göstərdiyi əsaslandırma cavablardan daha çox suallar doğurur”, - Zaxarova bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti imtinanı seçkiqabağı dövrdə ianə və xeyriyyə fəaliyyətini məhdudlaşdıran hüquqi normalarla izah edib. Sözçü Ermənistanın qərarının hakimiyyətin siyasi xətti ilə bağlı olduğunu iddia edib. “Yalnız xeyriyyə xarakterli, heç bir siyasi çaları olmayan humanitar yardımdan Yerevanın imtina etməsinin hakimiyyətin seçkiqabağı dövrdə Rusiyaya hər hansı istinadları ‘təmizləmək’ istəyindən irəli gəldiyi aydındır. Yerevanın bu addımları yalnız ehtiyac içində olan öz vətəndaşlarına zərər verəcək", - o əlavə edib. İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra bölgədə yaşayan erməni əhali Ermənistana köçüb. Rusiya daha əvvəl qarabağlı qaçqınlar üçün Ermənistana yardım göndərib. Ötən ilin iyulunda Rusiyadan 30 min qaçqın üçün nəzərdə tutulmuş 140 tondan çox humanitar yardım göndərilib, Toplum Tv-nin məlumatında qeyd olunub. Geri qayıt |