Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Moldova MDB-dən çıxıb
Moldova MDB-dən çıxıb10-04-2026, 22:38. |
|
Moldovanın prezidenti Maya Sandu Müstəqil Dövlətlər Birliyinin əsasını təşkil edən sazişlərin ləğvi barədə fərmanları imzalayıb. Civilazerbaijan.com bildirir ki, Moldova Avropa İttifaqı standartlarına uyğunlaşma çərçivəsində indiyədək təxminən 70 MDB sazişini ləğv edib. Ölkənin təşkilatdan çıxma prosesinin başladığını yanvar ayında xarici işlər naziri Mixail Popşoy elan etmişdi. Sazişlərin ləğvi prosesinin təşəbbüskarı Moldova Xarici İşlər Nazirliyi olub. Nazirlikdə vurğulanıb ki, MDB-nin fundamental dəyərləri və prinsipləri artıq yerinə yetirilmir, təşkilat isə öz mövcudluğunun mənasını itirib. Moldovanın MDB-dən çıxması üçün əsas arqument kimi Rusiya tərəfindən qarşılıqlı ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması prinsipinin kobud şəkildə pozulması göstərilib. Xüsusilə, Kişinyov Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini, Gürcüstana qarşı hərbi əməliyyatlarını və Moldovanın öz ərazisi olan Dnestryanı bölgədə rus qoşunlarının qanunsuz şəkildə yerləşməsini MDB-nin əsaslarının tam şəkildə pozulmasının sübutu hesab edir. Moldovanın MDB-dən çıxması ölkənin Avropa İttifaqına inteqrasiya kursu çərçivəsində zəruri və qaçılmaz addım kimi qiymətləndirilir. Təşkilatdan çıxmaq Moldovaya dövlət büdcəsinə ildə təxminən 3,1 milyon ley (150 min avrodan çox) vəsaitə qənaət etmək imkanı verəcək. Bu məbləğ ölkənin MDB büdcəsinə ödədiyi üzvlük haqqına uyğundur. Avropanın ən kasıb ölkələrindən olan Moldova 2023-cü ildən MDB-nin bütün tədbirlərində iştirakını dayandırıb, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |