Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Video / Manşet > Ağ Ev müxbirlərinin şam yeməyi vaxtı atəş açılıb, Tramp təxliyə edilib - VIDEO
Ağ Ev müxbirlərinin şam yeməyi vaxtı atəş açılıb, Tramp təxliyə edilib - VIDEOBu gün, 15:10. |
|
Foto: Reuters Aprelin 25-i axşam Ağ ev müxbirlərinin illik şam yeməyi keçirilən zalın yaxınlığında atəş səsləri eşidilib. Civilazerbaijan.com bildirir ki, Prezident Donald Tramp, vitse-prezident Cey Di Vens, digər yüksək vəzifəli qonaqlar təxliyə edilib. Tədbir məkanında panika yaranıb, qonaqlar ziyafət geyimində masaların altına sığınıblar. Rəsmilər əsas yoxlama zonası yaxınlığında bir şübhəlinin saxlanıldığını təsdiqləyiblər. Prezident sonradan həmin şəxsin Kaliforniyadan 31 yaşlı bir kişi olduğunu, güman ki, təkbaşına hərəkət etdiyini bildirib. Hadisə açılış çıxışlarından az sonra, şam yeməyi vaxtı baş verib. Tramp daha sonra çıxış edəcəkdi. AzadlıqRadiosunun hadisə yerində olan müxbiri bir neçə güclü atışmaya bənzər səs eşitdiyini, ardınca “atəş açıldı” qışqırığı gəldiyini bildirib. Tədbir zalında panika yaranıb. Polis oteli mühasirəyə alıb, havada helikopterlər görünüb. Ağ evdə gecə saatlarında keçirilən brifinqdə isə Tramp hələ də smokinq geyimində olub. O, tədbirdə qalmaq istədiyini, ancaq təhlükəsizlik xidmətlərinin buna imkan vermədiyini deyib. O, şübhəlinin üstündə bir neçə silah olduğunu, azı bir güc strukturu əməkdaşının yaralandığını, amma gülləkeçirməz jiletin onu qoruduğunu bildirib. Rəsmilər istintaq getdiyini deyirlər, federal agentlər şahidlərlə söhbətlər aparır, şübhəlinin yaşayış yerində axtarış həyata keçirirlər. Baş prokuror vəzifəsini icra edən Todd Blanş yaxın vaxtlarda ittihamların irəli sürüləcəyini deyib. FTB direktoru Kəş Patel bildirib ki, müstəntiqlər hadisələrin tam mənzərəsini müəyyənləşdirməyə çalışır. ABŞ-də siyasi zorakılıqla bağlı narahatlıqlar artır. Trampa bundan əvvəl sui-qəsd cəhdləri olub, 2024-cü ildə Pensilvaniyada seçki mitinqində atışma baş verib. Prezident deyib ki, şam yeməyi bir ay ərzində yenidən təşkil olunacaq. (Mənbə: AzadlıqRadiosu) Geri qayıt |